QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindən görüntülər yayılıb - FOTO - VİDEO

Məlumata əsasən, rusiyalı sülhməramlılar "Forpost" və "Orlan-10" pilotsuz uçuş aparatlarından istifadə edərək atəşkəs rejimini müşahidə edirlər.
Sputnik

BAKI, 4 fevral — Sputnik. Qarabağdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin şəxsi heyəti atəşkəsə və Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki hərbi əməliyyatların dayandırılmasına nəzarət vəzifələrini yerinə yetirməyə davam edir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, rusiyalı sülhməramlılar "Forpost" və "Orlan-10" pilotsuz uçuş aparatlarından istifadə edərək atəşkəs rejimini müşahidə edirlər.

"Birgə Mərkəzin hərbi qulluqçuları davamlı olaraq pilotsuz uçuş aparatlarından idarəetmə mərkəzinə görüntülər alır, burada hərbi texnika, personalın bütün hərəkətləri təhlil edilir və tərəflərin təmas xəttini keçməsinin bütün faktları qeyd olunur", - nazirlikdən deyilib.