Tramp daha bir təşkilatı tərk edir, amma görünür, qalmaqalsız ötüşməyəcək

"Mənim birliyə üzvlükdən çıxarılmağım barədə nizam-intizam komitəsinin dinləmə keçirməsi səbəbindən sizə yazıram. Nə fərqi var ki!" - Tramp yazıb
Sputnik

BAKI, 4 fevral - Sputnik. ABŞ-ın sabiq prezidenti Donald Tramp Kinoaktyorlar Gildiyasını (SAG-AFTRA) öz xahişilə tərk edir. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Fox News telekanalı məlumat yayıb.

Kanal Trampın gildiyanın prezidenti aktrisa Qabriel Karterisə göndərdiyi məktubu əldə edib. 

"Mənim birliyə üzvlükdən çıxarılmağım barədə nizam-intizam komitəsinin dinləmə keçirməsi səbəbindən sizə yazıram. Nə fərqi var ki!" - Tramp yazıb. 

"Qayıdacam" - Tramp Ağ Evdən necə getdi - VİDEO

Tramp həmçinin qeyd edib ki, Karterisin "işlərilə tanış deyil", amma özünün "Evdə tək-2", "Nümunəvi erkək", "Uoll strit: pullar mürgüləmir" kimi filmlərdə və teleşoulardakı işlərindən çox razıdır. Sabiq prezidentin fikrincə, təşkilat öz üzvləri üçün çox az iş görüb, Tramp üçünsə heç nə etməyib, ancaq "tıəhlükəli anti-Amerika siyasəti və ideyalarını təşviqatı üçün üzvlük haqqı toplayıb". 

Bir qədər öncə ABŞ Kinoaktyorlar Gildiyası Trampın təşkilatın Konstitusiyasını pozması barədə intizam dinləməsi keçirməsi barədə qərar verib. Bunu Gildiya üzvlərinin əksəriyyəti dəstəkləyib. Gildiya bu qərarında məlum Kapitoliyə hücumu da nəzərə alıb. 

Xatırladaq ki, Tramp 1989-cu ildən Kinoktyorlar Gildiyasının üzvü idi.