BAKI, 4 fevral — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinə sədrin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncamla Vüqar Əhəd oğlu Süleymanov Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.
V.Süleymanov bu günədək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.