BAKI, 4 fevral - Sputnik. Altay Tofiq oğlu Həsənov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzlayıb. A.Həsənov dövlət qulluğunda səmərəli fəaliyyətinə görə bu mükafata layiq görülüb.
Qeyd edək ki, A.Həsənov 4 aprel 2017-ci ildən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin rəisi vəzifəsini yerinə yetirir.