CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müğənni üsyan etdi - "Bilsəydim ki, karantin uzun çəkəcək..."

Musiqi olmasa, acından ölən deyiləm. Əgər mən göyərti becərib, üstünə yumurta vurub yeyə bilməyəcəmsə, başımı qoyub ölüm. Oturub gözləyirik, bu gün açacaqlar, sabah icazə verəcəklər. Bunu əvvəldən deməliydilər millətə. Biz də işimizi düzüb-qoşardıq".
Sputnik

BAKI, 4 fevral — Sputnik. Karantin vaxtının uzadılması bir çox məşhurları özlərindən çıxarıb. Bu dəfə bu axına Əməkdar artist Elnarə Abdullayeva qoşulub. Sputnik Azərbaycan xəbər verir ki, muğam ifaçısı Elnarə Abdullayeva "Xəbər-ətər" proqramında karantinin uzanmasından danışıb: "Bilsəydim ki, karantin uzun çəkəcək, bir dəqiqə şəhərdə oturmazdım. Deyərdilər ki, kim hara gedəcəksə, getsin. Gedərdim kəndə, toyuq-cücə alardım, qaz, ördək saxlayardım. Bekarçılıqdansa, nəsə işlə məşğul olardım".

Müğənni Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarını sərt tənqid edib: "İndi kənddə toyuq saxlayıb, yumurta yığırdım. Hər zaman deyirəm ki, kənd adamıyam. Musiqi olmasa, acından ölən deyiləm. Əgər mən göyərti becərib, üstünə yumurta vurub yeyə bilməyəcəmsə, başımı qoyub ölüm. Oturub gözləyirik, bu gün açacaqlar, sabah icazə verəcəklər. Bunu əvvəldən deməliydilər millətə. Biz də işimizi düzüb-qoşardıq".