Dərnək və məşğələlər bərpa olunur

Qərara əsasən, ibtidai siniflərdə dərnək məşğələləri həftədə 2 dəfə olmaqla ənənəvi formada keçiriləcək.
Sputnik

BAKI, 4 fevral — Sputnik. Azərbaycanda fevralın 8-dən dərnək məşğələlərinin ənənəvi formada keçirilməsi bərpa olunur. Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyindən məlumat verilib.

Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən müstəqil tədris binası və əlverişli maddi-texniki bazası dərnək üzvləri arasında fiziki (sosial) məsafəni (ən azı 1.5 metr) gözləməyə imkan verən uşaq-gənclər inkişaf mərkəzlərində aşağı yaş qruplarında (I-IV siniflər) dərnək məşğələləri həftədə 2 dəfə olmaqla ənənəvi formada keçiriləcək.