İQTİSADİYYAT

Azərbaycan nefti kəskin bahalaşdı

Azərbaycan nefti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
Sputnik

BAKI, 4 fevral — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşır.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,03 dollar artaraq 59,51 dollar təşkil edib.

“Brent” markalı neftin qiyməti 0,36 dollar artaraq 58,82 dollar, “Light” markalı neftin qiyməti isə 0,39 dollar bahalaşaraq 56,08 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.