QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Ağdamda partlayış: hərbçilərimiz arasında ölən və yaralılar var

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir. Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Sputnik

BAKI, 4 fevral - Sputnik. Bu gün günorta saatlarında Ağdam rayonu ərazisində partlayış baş verib. Hadisə nəticəsində əsgər Zeynalov Qubad İslam oğlu həlak olub.

Sputnik Azərbaycan bildirir ki, xəbəri Azərbaycan Müdafiə Nazirliyi yayıb.
Digər iki hərbi qulluqçumuz - Babayev Nemət Novruz oğlu   Məlikməmmədov Balaqardaş Mübariz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hazırda yaralılar həkim nəzarətindədir, həyatları üçün təhlükə yoxdur.
Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir!