CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mikayıl Cabbarov: 900 yeni iş yeri yaradılacaq

"Regionun ən böyük sənaye zonası olan Sumqayıt Kimya Sənaye Parkında indiyədək 24 sahibkarlıq subyektinə rezident statusu verilib".
Sputnik

BAKI, 3 fevral — Sputnik. Regionun ən böyük sənaye zonası olan Sumqayıt Kimya Sənaye Parkında indiyədək 24 sahibkarlıq subyektinə rezident statusu verilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, növbəti mərhələdə 400 milyon manatdan çox investisiyanın qoyulması və 900-dək daimi iş yerinin yaradılması nəzərdə tutulur.