Zelenskiyə impiçment təhlükəsi

"Həyat uğrunda müxalifət platforması" partiyası ölkə rəhbəri Vladimir Zelenskinin son qərarına etiraz olaraq onun vəzifəsindən getməsinə çalışır
Sputnik

BAKI, 3 fevral — Sputnik. Ukraynanın "Həyat uğrunda müxalifət platforması" partiyası ölkə rəhbəri Vladimir Zelenskinin impiçment prosedurunu hazırlamaq niyyətindədir.

Sputnik Azərbaycan bildirir ki, bu barədə RİA Novosti xəbər yayıb. Bildirilir ki, bu, telekanalların bağlanması qərarı ilə bağlıdır.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Təhlükəsizlik və Müdafiə Şurasının "112.Украина", NewsOne və ZIK telekanalları ilə bu kanalların sahibi olan, "Həyat uğrunda müxalifət platforması" partiyasından deputat Taras Kozaka qarşı 5 il müddətində sanksiya qərarını təsdiq edib. Bu kanallar müxalifətyönlüdür və orada tez-tez "Həyat uğrunda müxalifət platforması"ndan olan deputatlar çıxış edirdilər. Sənəd dərc olunduğu gündən - fevralın 2-dən qüvvəyə minib.

Sanksiya tətbiq edilmiş telekanallar kabel şəbəkəsi ilə yayımlarını dayandıraraq fəaliyyətlərin YouTube-da davam etdirirlər.