CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Moskvadan Azərbaycana uçuşlar bərpa edilir

Bakı ilə Yerevandan sonra Minsk və Bişkeklə Moskva arasında reyslərin sayı da artırılacaq. Aviaəlaqənin bərpası bir neçə gündən sonra baş tutacaq
Sputnik

BAKI, 3 fevral — Sputnik. Rusiya Azərbaycanla hava sərhədlərini açır. Sputnik Azərbaycan-ın məlumatına görə, fevralın 15-dən etibarən Moskva-Bakı aviareysi fəaliyyətə başlayacaq.

Moskva-Bakı təyyarə reysi həftədə iki dəfə baş tutacaq. Fevralın 15-dən Azərbaycanla yanaşı, Moskva-Yerevan reysi də həyata keçiriləcək. Moskva – Yerevan istiqamətində isə həftədə dörd dəfə uçuş baş tutacaq. Bundan başqa, Minsk və Bişkeklə Moskva arasında reyslərin sayı da artırılacaq.