RUSİYA

Mariya Zaxarova: "Onlar məsələnin mahiyyətinə heç tüpürmək belə istəmirlər"

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Qərbin Navalnı məsələsi ilə bağlı Rusiyaya qarşı sanksiya tətbiq etmək niyyətindən danışaraq qeyd edib ki, bu məqsədlə hər dəfə müxtəlif bəhanələrdən istifadə olunur
Sputnik

BAKI, 3 fevral — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qərbin Aleksey Navalnı işi ilə əlaqədar Rusiyaya qarşı sanksiya tətbiq etmə ehtimalını şərh edərək, həmin ölkələrin belə cəza tədbirləri üçün hər hansı bir səbəbə ehtiyacı olmadığını bildirib.

"İkili standartlar və ikiüzlülük həyat kredonuzdur?" - Rusiya XİN-lə Blinken "atışdılar"

"Onlar məsələnin mahiyyətinə tüpürmək belə istəmirlər. İstənilən bəhanə işə yarayır. Əgər belə bir bahənə varsa, onu yerin dibində də olsa, tapıb çıxaracaqlar, yoxdursa, özlərindən uyduracaqlar. Bu taktikadan 2011-də, 2016-da, 2020-də də istifadə olunub. Rusiyanın qarşısının alınması cəhdini nəzərdə tutan bu siyasət artıq neçə illərdir ki, tətbiq edilir. Və biz görürük ki, onlar hər dəfə müxtəlif bəhanələrdən istifadə edirlər. Onların bunun üçün reallığı bilməsinə, məsələnin mahiyyətinə varmasına ehtiyacları yoxdur", – deyə Zaxarova "Соловьев LIVE" proqramının efirində bildirib.

Qeyd edək ki, fevralın 2-də Moskvanın Simonovski məhkəməsi Navalnının Yves Rocher işi üzrə şərti cəzasının ləğv edilməsinə və onun ümumi rejimli koloniyada cəza çəkmək şərti ilə 3,5 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib. Bundan sonra ABŞ, Almaniya, Fransa və İngiltərə də daxil olmaqla bir çox ölkələr Navalnının sərbəst buraxılması üçün Rusiya səlahiyyətlilərinə müraciət edib.

Xatırladaq ki, bir qədər əvvəl Rusiya Xarici İşlər Nazirliyi Navalnı ilə bağlı vəziyyəti şərh edərək xarici siyasətçilərə beynəlxalq hüquqa hörmət etmələrini və öz ölkələrinin problemləri ilə məşğul olmalarını tövsiyə edib. Xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qərb siyasətçilərinin bu mövzudakı açıqlamaları eynilə bir-birinə bənzəyir.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə qeyd edib ki, Kreml Navalnı ilə bağlı xaricdə səsləndirilən bəyanatları dinləmək niyyətində deyil.

Bu necə mitinqdir: bir əsgər çay paylayır, o biri adam tutur - VİDEO

Məhkəmələri artıq üç dəfə Federal Penitensiar Xidmətinin Navalnının şərti cəzasının real cəza ilə əvəz olunması barədə müraciətinə baxıb və hər dəfə bundan imtina edərək yalnız sınaq müddətini uzatmaqla kifayətlənib. Ancaq Federal Penitensiar Xidmətin məlumatına görə, yalnız son üç ildə Navalnı, demək olar ki, 60 dəfə cəzaların icrasına nəzarət müfəttişliyində qeydiyyatdan keçməyib (halbuki bunu ayda iki dəfə etmək məcburiyyətində idi) və həm böyük məbləğdə cərimə olunub, həm də çox saylı inzibati cəza alıb.

Bu faktların hər biri ayrı-ayrılıqda və hamısı birlikdə məhkumun şərti cəza çəkmə imtiyazının ləğvinə gətirib çıxarır. Bu hal Rusiyada kifayət qədər geniş yayılıb – yalnız keçən il ərzində 11,3 min nəfərin şərti cəzası real həbslə əvəzlənib. 2019-cu ildə isə bu rəqəm 15 minə çatıb.

Navalnının yalnız siyasi fəaliyyətinə görə təqib edildiyi iddiaları Avropa İnsan Haqları Məhkəməsi (şikayət məhz bu məhkəməyə edilmişdi) tərəfindən təkzib olunub: Strasburq "İv Rocher" məsələsində siyasi motivlərin olduğunu qəbul etməyib, hərçənd ev həbsinə görə təzminat ödənilməsi barədə qərar verib ki, həmin vəsait də Rusiya hakimiyyəti tərəfindən tamamilə ödənilib.