Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsi qəbul edilib. Bununla da Azərbaycanla Türkiyə arasında birgə media platformasının yaradılması təsdiqlənib.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət Sputnik Azərbaycan-a deyir ki, belə bir əməkdaşlığın qurulması hər iki ölkə üçün faydalıdır:
“Uzun illərdir ki, Azərbaycan və türk jurnalistləri əməkdaşlıq edirlər, lakin bunun düzənli şəkildə dövlət tərəfindən təmin edilməsi ümumi işin xeyrinədir. Türkiyə mediası ABŞ, Kanada və digər qərb ölkələrində diqqətlə izlənir. Bu əməkdaşlıq imkan verir ki, Azərbaycana həqiqətləri Türkiyə mediası vasitəsilə həmin coğrafiyada yayılsın. Eyni zamanda Azərbaycan mediası türkiyəli jurnalistlərin və ümumilikdə Türkiyə mediasının fikirlərinin keçmiş SSRİ məkanında yayılmasında köməklik göstərə bilər”.
Azər Həsrətin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz