BAKI, 3 fevral — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Pentaqonun aviasiya və hərbi dəniz donanma qüvvələrinin Rusiya sahilləri yaxınlığındakı manevrlərinə aktiv şəkildə müqavimət Rusiya Federasiyası təhlükəsizliyi üçün əsas şərtdir. Buna görə də Rusiya Qara dəniz hövzəsində döyüş əməliyyatlarına hazır vəziyyətdədir.
Yanvarın 28-də artıq bu il ərzində ABŞ-ın ikinci mina eskadra gəmisi "Porter" Qara dəniz hövzəsinə daxil oldu və qısa müddətdə Rusiyanın Qara dəniz donanması, aerokosmik qüvvələri tərəfindən müəyyən edildi. Yanvarın 30-da baş tutmuş təlimdə səkkiz qırıcı və bombardmançı (hər birindən bir cüt olmaqla Su-30SM, Su-24M, Su-27, Su-34) Krım və Krasnodardakı hərbi bazalardan havaya qalxaraq Qara dənizin qərb hissəsindəki gəmilərə şərti raket-bomba zərbəsi endirdi. Amerikalıların müttəfiqi olan Bolqarıstan və Rumıniyanın hərbi hava qüvvələri hətta cavab reaksiyası verməyə belə imkan tapmadılar. Qeyd edək ki, "Porter" 23 yanvar tarixində Rusiya Aerokosmik Qüvvələri tərəfindən şərti şəkildə məhv edilmiş "Donald Kuk" adlı eyni tipli eskadra-mina gəmisi ilə birgə hərəkət etmək üçün göndərilmişdi.
Rusiya Xarici İşlər Nazirliyi dəfələrlə Qara dəniz hövzəsinə aidiyyəti olmayan ölkələrin hərbi gəmilərinin Qara dənizdə mövcudluğunun heç də bölgədə sabitliyin möhkəmlənməsinə xidmət etmədiyini vurğulayıb. ABŞ-ın Ukraynadakı səfirliyi yanvarın 28-də Qara dənizdəki ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "Porter" eskadra-mina gəmisinin NATO müttəfiqlərinə və tərəfdaşlarına dəstək üçün təhlükəsizlik əməliyyatlarında iştirak edəcəyini bildirib. Özü də guya Montrö Konvensiyası çərçivəsində və beynəlxalq sularda.
Təəssüf ki, ABŞ Hərbi Dəniz Qüvvələri dənizlərin müəyyən hissələrinin Rusiya məxsus olduğunu tanımır və qəsdən münaqişə vəziyyətinin yaranmasına səbəb olur. Xatırladaq ki, bir qədər əvvəl "Con Makkeyn" eskadra mina gəmisi Böyük Pyotr körfəzində (Vladivostok yaxınlığında) Rusiya sərhədini pozmuş və Sakit okean donanmasının nəhəng sualtı gəmisi "Admiral Vinoqradov" tərəfindən neytral sulara tərəf qovulmuşdu. Həmin vaxt ABŞ Hərbi Dəniz Qüvvələri komandanlığı bəyan etmişdi ki, sözügedən su ərazisinin Rusiyaya məxsus olduğunu tanımır.
Uzaq Şərq təxribatının Krım yarımadası yaxınlığında təkrarlanma ehtimalı yüksəkdir. Bu səbəbdən də yanvarın 23-də Rusiya qətiyyətli hərəkətə hazır olduğunu göstərdi və Amerika eskadra mina gəmilərinin Rusiya Federasiyasının ərazi sularında "sərbəst üzə bilməsi" barədə mifi dağıtdı.
Həyatla ölüm arasında
Yanvarın 28-də Amerika eskadra mina gəmiləri "Donald Kuk" və "Porter" Qara dənizdə qeyri-müəyyən əməliyyat keçirdi və NATO gəmilərin bu dənizdə peyda olmasını Rusiyanın "hərbi gücünü artırması" ilə izah etdi. Vəziyyəti daha yaxından nəzərdən keçirək.
ABŞ-ın "Arli Berk" tipli bu iki eskadra mina gəmisi 1600 km-ə qədər mənzilli (bəlkə də, nüvə avadanlığı ilə təchiz olunmuş) 60-dan çox "Tomahavk" qanadlı raketini daşımaq qabiliyyətinə malikdir, göyərtəsinə ASROC sualtı raketləri, "Standart" zenit raketləri, "İcis" raket əleyhinə müdafiə sistemi kompleksləri, döyüş məlumat idarəetmə sistemləri yerləşdirilə bilər və guya ABŞ bununla NATO müttəfiqləri ilə əlaqəsini gücləndirdiyini nümayiş etdirir. Amma çətin ki, bu qədər partlayıcı gücə malik arsenal regional sabitliyin möhkəmlənməsinə xidmət etsin...
Əslində, biz faktiki olaraq ABŞ-ın iki eskadra mina gəmisi vasitəsi ilə Qara dənizin dinc sularını bulandırmaq və Liviyaya, yaxud Yuqoslaviya qətiyyən bənzəməyən Rusiyanı qorxutmaq üçün aciz cəhdlərinin şahidi oluruq. Pentaqonun bu hərəkətdən sonra hansı cavab reaksiyasına ümid bəslədiyi məlum deyil, ancaq hərbi təzyiq cəhdinin acınacaqlı nəticəsi göz qabağındadır.
Yanvar ayının sonunda ABŞ Hərbi Dəniz Qüvvələrinin iki eskadra mina gəmisinin qətiyyətli şəkildə "məhv edilməsi" (şərti formada) göstərdi ki, həqiqi silahlı qarşıdurma şəraitində müttəfiqlərin Qara dəniz bölgəsində "birgə hərəkəti" Rusiyanın çoxsaylı və yüksək texnologiyalı nəzarəti altında olacaq. Məsələ bu işə cəlb olunan qüvvələrin və vasitələrin sayında deyil, əməliyyat konsepsiyasında və onun hansı texnoloji səviyyədə tətbiq olunmasındadır. Digər tərəfdən, hər şey Rusiyanın əlinin altındadır və bu iş minlərlə kilometr uzunluğunda logistika tələb etmir.
Qara dənizdəki iki raketli eskadra mina gəmisi və "Laramie" tanker gəmisindən ibarət ABŞ Dəniz Qüvvələri qrupu Ruisyanın Aerokosmik Qüvvələr və Hərbi Dəniz Donanmasının qırıcı və bombardmançı təyyarələri, döyüş gəmiləri və sualtı qayıqlari, sahil raket sistemləri və elektron döyüş vasitələri üçün təlim tapşırıqlarını yerinə yetirmək məqsədi daşıyan kompleks hədəfdən ibarətdir.
İki Amerika eskadra mina gəmisinin Rusiyaya heç də dostyana olmayan səfəri fonunda ən müasir raket freqatı "Admiral Makarov" baza məntəqəsini tərk edərək dənizdə təlim-döyüş hazırlığı tapşırıqlarını yerinə yetirdi. Təlimin konsepsiyasına görə, şərti düşmən gəmisi Qara dəniz Donanmasının sahil obyektlərinə zərbə endirmək niyyətində idi. "Admiral Makarov" Qara Dəniz Donanmasının sahil raket sistemləri ilə birlikdə dəniz döyüşü alqoritmlərini işlədi və "Kalibr-NK" raket sistemi ilə düşmən gəmilərini şərti olaraq məhv etdi.
Xəyali müttəfiqlər və gerçəklik
Yanvarın 23-də Rusiya hava hücumu təlimləri vaxtı Rumıniya Hərbi Hava Qüvvələrinin qırıcları Amerikanın "Donald Kuk" mina eskadra gəmisini müdafiə etməyə çalışdı, ancaq gəmi hələ Aerokosmik Qüvvələrin şərti hücumundan əvvəl "Bal" sahil raket sistemlərinin hədəfinə çevrilmişdi.
Xatırladaq ki "Bal" mobil kompleksi 64-ə qədər X-35 raket sursat komplektinə malikdir və düşmən gəmilərini 280 km-ə qədər məsafədə məhv edə bilir. Başqa sözlə, Krımdan Qara dəniz hövzəsinin əhəmiyyətli hissəsini "vurmağa" qadirdir. Həqiqi bir qarşıdurma vəziyyətində Rumıniya qırıcıları ABŞ Hərbi Dəniz Qüvvələrinin eskadra mina gəmilərini qoruya bilməyəcək və Krımda yerləşdirilən Rusiyanın "Triumf" S-400 hava hücumundan müdafiə sistemlərinin hədəfinə çevriləcək.
Nəticədə, amerikalılar və onların müttəfiqləri Krımın cənub-qərb sahili yaxınlığında birgə təlimlər planını ləğv etməli oldular, "Donald Kuk" və "Porter" eskadra mina gəmiləri Ukraynanın ərazi sularına sıxışdırıldı.
ABŞ və Ukrayna hərbi dəniz qüvvələrinin PASSEX tipli birgə təlimi sakit və diqqət çəkmədən keçdi. Ukrayna komandanlığından verilən məlumata görə, "Qara dənizdə təhlükəsizliyin təmin edilməsi məqsədi ilə Ukrayna Dəniz Donanması və ABŞ Donanması gəmilərinin şəxsi heyətlərinin çoxmillətli taktiki qrupların tərkibində birgə dəniz əməliyyatları aparmaq üçün hazırlığını və uyğunluğunu artırmaq" üçün birgə təlim keçiriblər.
Təlimlərdə Ukrayna donanması "Island" tipli patrul gəmisi və "Nikopol" və "Kostopol" adlı iki kiçik zirehli topçu qayığı ilə təmsil olunub. Təlimin bütün elementləri guya NATO standartlarına uyğun olaraq planlaşdırılıb və həyata keçirilib. ABŞ Hərbi Dəniz Qüvvələrinin raketli eskadra min gəmiləri komandiri Tomas Ralston bəyan edib ki, "Ukrayna donanması ilə növbəti ortaq təlimi səbrsizliklə gözləyir".
Ukrayna və Gürcüstan təkidlə NATO-nun qapısını döyür. Bolqarıstan və Rumıniyada hərbi infrastruktur və material ehtiyatları, ittifaq qüvvələrinin qəbulu və operativ yerləşdirilməsini təşkil etmək üçün inkişaf etmiş koordinasiya mərkəzləri yaradılır. Rumıniyanın Câmpia Turzii hava bazası ABŞ-ın strateji hücum silahlarının yerləşdirilməsi üçün bir platformaya çevrilib. Və bütün bunlar bir neçə dəqiqədə əriyib yox ola biləcək artan imkanlar illüziyasıdır.
Amerika hərbi gəmilərinin Qara dənizə daxil olması hələ ki, Montrö konvensiyasını pozmur və qeyri-adi hərəkət kimi qiymətləndirilmir. Amma hər bir halda, Rusiya Hərbi Dəniz Donanması Baş Qərargahının keçmiş rəisi, admiral Viktor Kravçenkonun fikrincə, belə hallarda Rusiya onların rahat şəkildə Qara dənizdə qalmalarına imkan verməməlidir. Admiralın bu mövqeyi ilə razılaşmamaq olmur. Əgər hətta ABŞ və NATO strateqləri nə vaxtsa Qara dənizdəki hərbi gəmilərin sayı, orada qalma müddəti və gəmilərin tonnajı baxımından Montrö Konvensiyasından kənara çıxsalar belə, Rusiya mübahisəsiz onlardan üstün vəziyyətdə olan qüvvə və vasitələri ilə "tərəfdaşları" lazımi qaydada qarşılamağa hazırdır. Rusiya Federasiyasının Silahlı Qüvvələri – Qara dəniz ölkələrinin regional sabitliyi və milli təhlükəsizliyinin real qarantıdır.