CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pensiyaların verilmə qaydasında dəyişiklik olub

İndiyədək Prezidentin aylıq təqaüdünü alan şəxslərə həmin təqaüd işlədikləri idarə və təşkilatların vəsaiti hesabına verilirdi
Sputnik

BAKI, 3 fevral — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xatırlatma xarakterli məlumat yayıb. 

Dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatlarda çalışan, fəxri adlara görə Prezidentin aylıq təqaüdünü alan şəxslərə həmin təqaüd işlədikləri idarə və təşkilatların vəsaiti hesabına, digər şəxslərə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilirdi.

Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 may tarixli 2009 nömrəli Sərəncamına əsasən, 2021-ci il yanvarın 1-dən fəxri adlara görə bütün təqaüdlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir.