CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəbə getməkdən imtina edən şagirdlərin aqibəti necə olacaq?

Nazirlik rəsmisi qeyd edib ki, nəzəri olaraq, bütün sinfin valideynlərinin öz övladlarını məktəbə göndərməsindən imtina etməsi də mümkün ola bilər.
Sputnik

BAKI, 3 fevral — Sputnik. Övladının məktəbə göndərilməsini istəməyən və bunun üçün iltizam yazan valideyn mütləq uşağının müstəqil öyrənməsini təmin etməlidir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib. Onun sözlərinə görə, məktəblərdə şagirdlərin sıxlığının qarşısının alınması üçün siniflər iki yarımqrupa bölünüb. Bununla əlaqədar müəllimin dərs yükü iki yarımqrup arasında bölünür.

Bu səbəbdən müəllimlərin dərs yükü həmin şagirdlər üçün onlayn dərslərin təşkilinə imkan vermir.

Nazirlik rəsmisi qeyd edib ki, nəzəri olaraq, bütün sinfin valideynlərinin öz övladlarını məktəbə göndərməsindən imtina etməsi də mümkün ola bilər. Bu halda müəllim əvvəlki rejimdə bütün sinif üçün dərsləri virtual keçə bilər. V.Yaqublu hazırda məktəblərdə sanitar-epidemioloji vəziyyətdən irəli gələn bütün tələblərə əməl edildiyini, onların dezinfeksiyaedici məhlullarla təmin edildiyini nəzərə çatdırıb.