VİDEO

Butinanın təkbaşına piketi: O, Rusiya XİN-in qarşısında nəyə etiraz edib

“Latviyada jurnalistlərə qarşı təzyiqlərə son qoyun!” – Mariya Butina üzərinə bu sözlər yazılmış plakatla Rusiya XİN-in Qəbul Evinin qarşısında etiraz aksiyası keçirib.
Sputnik

2018-ci ildə rus kəşfiyyatına işləmək şübhəsi ilə ABŞ-da həbs olunmuş Rusiya İctimai Palatasının üzvü Sputnik-dən olan həmkarlarını dəstəkləmək istəyib. Mariya Butina bu plakatla ATƏT-in fəaliyyətdəki sədrinin diqqətini cəlb etmək niyyətində olub.

Ann Linde Sergey Lavrovla danışıqlar aparmaq üçün Moskvaya səfərə gəlib.

Butina Lindedən nə soruşub? Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri hansı baza prinsipini yada salıb?