Vilayət Eyvazov Elçin Məmmədovu yüksək vəzifəyə təyin edib

DİN-in Şəxsi Heyətlə İş İdarəsinin sabiq rəisi, polis polkovniki Rahib Qarayev bir müddət əvvəl xidmətdə olan son yaş həddi ilə əlaqədar işdən azad edilib.
Sputnik

BAKI, 2 fevral — Sputnik. Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinə rəis təyin edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki Elçin Məmmədov Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinə rəis təyin edilib.

DİN-in mətbuat xidmətindən təyinatla bağlı faktı APA-ya təsdiqləyiblər.

Qeyd edək ki, DİN-in Şəxsi Heyətlə İş İdarəsinin sabiq rəisi, polis polkovniki Rahib Qarayev bir müddət əvvəl xidmətdə olan son yaş həddi ilə əlaqədar işdən azad edilib.