FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Myanmada hərbi çevriliş: Ölkə lideri həbs edildi - Fotolar

Sputnik

Fevral ayının əvvəlində Myanmada hərbi çevriliş baş verib. Ölkədə bir il müddətinə fövqəladə vəziyyət elan edilib. Hərbçilər bəyan ediblər ki, birinci vitse-prezident Min Svenin imzaladığı sənədə əsasən, bütün səlahiyyətlər Silahlı Qüvvələrin rəhbəri min Aun Xlainə verilir.

Fevralın 1-də səhər saatlarında Myanmanın "Demokratiya uğrunda Milli Liqa" partiyasının sədri, dövlət müşaviri və faktiki olaraq ölkənin lideri Aun San Su Çji, Myanmanın prezidenti Vin Min və digər siyasi rəhbərlər həbs olunublar.

Aun San Su Çji həbsindən əvvəl yazdığı məktubda tərəfdarlarına müraciət edərək, onları bu vəziyyətlə barışmamağa və çevrilişə qarşı etiraz etməyə çağrıb. Onun sözlərinə görə, hərbçilərin hərəkətləri diktaturanın bərpasına səbəb oilacaq. 

Qeyd edək ki, son aylarda Myanmada hərbi qulluqçularla ölkə rəhbərliyi arasında münasibətlər kəskin pisləşib. Hərbçilər noyabr seçkilərindən narazı qalıblar və onu "saxta" adlandırıblar.

1 / 12
Yanqonda meriya binasında Myanma hərbçiləri, 2021-ci ilin fevral ayı.
2 / 12
Neypido şəhərində Konqress binasının yaxınlığında nəzarət-keçid məntəqəsi, 1 fevral 2021-ci il.
3 / 12
Neypido şəhərində Konqress binasının yaxınlığında nəzarət-keçid məntəqəsi, 1 fevral 2021-ci il.
4 / 12
Yanqon şəhərində hərbi maşında Myanma əsgəri, 2 fevral 2021-ci il.
5 / 12
Tailandda yaşayan Aun San Su Çjinin tərəfdarları Myanmanın Banqkokdakı səfirliyi qarşısında etiraz edirlər, 1 fevral 2021-c- il.
6 / 12
Yanqonda avtomobildə birmalılar və buddist rahiblər, 1 fevral 2021-ci il.
7 / 12
Yanqon meriyasında hərbi maşınlar, 1 fevral 2021-ci il
8 / 12
Yanqonda meriya binasında Myanma əsgərləri, 1 fevral 201-c il.
9 / 12
Yanqonda buddist rahiblər, 2 fevral 2021-ci il.
10 / 12
Yanqonda Sule məbədi qarşısında dua edən kişi, 1 fevral 2021-ci il.
11 / 12
Neypidoda Konqress kompleksinə yolda hərbçilərin blokpostu, 1 fevral 2021-ci il.
12 / 12
Banqkokda Myanma səfirliyi qarşısında etirazlar, 1 fevral 2021-ci il.