CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Mehriban Əliyeva Azərbaycan gənclərini təbrik edib

"Bu əlamətdar gün münasibətilə bütün gənc dostlarımızı səmimi-qəlbdən təbrik edirəm! Qoy sizin həyatınız daim parlaq, maraqlı və mənalı olsun!"
Sputnik

BAKI, 2 fevral - Sputnik. Birinci vitse-prezident Mehriban Əliyeva Gənclər Günü münasibəti ilə paylaşım edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, paylaşımda deyilir:

“Bu gün 2 Fevral – Azərbaycan Gəncləri Günüdür. Bu əlamətdar gün münasibətilə bütün gənc dostlarımızı səmimi-qəlbdən təbrik edirəm! Qoy sizin həyatınız daim parlaq, maraqlı və mənalı olsun! Uca Tanrıdan hər birinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik diləyirəm!”