Hande Harmancıdan koronavirusla bağlı qorxunc proqnoz

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi: Əvvəllər bir nəfər bir nəfəri yoluxdururdusa, indi bu yoluxmalar daha da çox artacaq.
Sputnik

BAKI, 2 fevral — Sputnik. "Koronavirusun yeni ştammı daha sürətlə yayılır və daha çox ölümə səbəb olur. Bu isə o deməkdir ki, pandemiya nəinki bitib, əksinə ortaya çıxan daha təhlükəli forması ilə insanları yoluxdurmağa davam edir". Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.

O qeyd edib ki, yeni ştamm hələlik Azərbaycanda qeydə alınmasa da, mütləq bura da gələcək: "İnsandan-insana yoluxma sürəti artıb. 50-70% civarında yoluxma sürətində artım müşahidə edilir. Əvvəllər bir nəfər bir nəfəri yoluxdururdusa, indi bu yoluxmalar daha da çox artacaq. Ona görə də ştamm ortaya çıxdığı ölkələrdə sürətlə yayılır".