BAKI, 2 fevral — Sputnik. Füzuli rayonunda mülki şəxslər minaya düşüb.
Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlindən (ANAMA) məlumat verilib.
Belə ki, rayonun Yuxarı Yağlıvənd kəndi ərazisində 3 nəfər mülki şəxs kənar yoldan istifadə edərək işğaldan azad olunmuş əraziyə daxil olarkən minaya düşüb. Nəticədə 1-i yerindəcə həlak olüb, digərləri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.