CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha bir məşhur koronavirusun qurbanı olub

Dekabrın 29-dan koronavirusa yoluxan 75 yaşlı sənətkar hərbi qospitalda müalicə alıb. Bir neçə gün əvvəl vəziyyəti ağırlaşıb və o, ötən gün vəfat edib.
Sputnik

BAKI, 2 fevral — Sputnik. Gürcüstanın Xalq artisti, tanınmış aktyor və müğənni, "İveriya" qrupunun solisti Teymuraz Tsiklauri koronavirusdan vəfat edib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, dekabrın 29-dan koronavirusa yoluxan 75 yaşlı sənətkar Hərbi qospitalda müalicə alıb. Bir neçə gün əvvəl vəziyyəti ağırlaşan Temur Tsiklauri ötən gün vəfat edib.

Temur Tsiklauri 1946-cı il yanvarın 22-də Tbilisi yaxınlığındakı Kodjori qəsəbəsində anadan olub.

1967-ci ildən Tbilisi Dövlət Filarmoniyasının aktyoru, 1972-ci ildən isə məşhur "İveriya" ansamblının solisti olub.

1990-cı ildə Gürcüstanın Xalq artisti Fəxri adına layiq görülən mərhum sənətkarın adına hazırlanan ulduz, 2014-cü ildə Tbilisi Filarmoniyasının "Ulduzlar Xiyabanı"na həkk edilib.