Azərbaycanın 2030-cu ilə qədərki hədəfləri: Beş milli prioritet müəyyənləşib

Prezident İlham Əliyev bu gün "Azərbaycan-2030: sosial-iqtisadi inkişafa dair milli prioritetlər"ini təsdiqləyib.
Sputnik

BAKI, 2 fevral — Sputnik. Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritet müəyyənləşib.

Sputnik Azərbaycan xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də öz əksini tapıb.

Reallaşmalı olan beş milli prioritet aşağıdakılardır:

-dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;

-dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;

-rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;

-işğaldan azad olunmuş ərazilərə böyük qayıdış;

- təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi.

Qeyd edilən milli pioritetlər eyni zamanda Birləşmiş Millətlər Təşkilatının "Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik"dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.