QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İtalyanlar Qarabağın bərpası və yenidən qurulmasına cəlb ediləcək

Azad edilmiş ərazilərdə həyata keçiriləcək bərpa və yenidənqurma işlərinə italyan şirkətlərinin cəlb edilməsi üçün bu ölkənin sahəvi assosiasiyalarının və dövlət şirkətlərinin iştirakı ilə "Web Missiya"nın təşkili barədə fikir mübadiləsi aparılıb.
Sputnik

BAKI, 2 fevral — Sputnik. Energetika naziri, Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Pərviz Şahbazovla İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefano arasında videokonfrans formatında görüş keçirilib.

Energetika Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, tərəflər Azərbaycan-İtaliya arasında ikitərəfli əməkdaşlığın gündəliyinə daxil olan məsələləri, o cümlədən işğaldan azad olunmuş ərazilərin bərpasında İtaliya şirkətləri ilə əməkdaşlıq imkanlarını müzakirə ediblər.

İtalyanlar Qarabağın bərpası və yenidən qurulmasına cəlb ediləcək

Görüşdə italiyalı həmsədrin ötən il dekabrın 8-9-da Azərbaycana səfərinin davamı olaraq işğaldan azad edilmiş ərazilərdə həyata keçiriləcək bərpa və yenidənqurma işlərinə italyan şirkətlərinin cəlb edilməsi üçün bu ölkənin sahəvi assosiasiyalarının və dövlət şirkətlərinin iştirakı ilə "Web Missiya"nın təşkili, bu çərçivədə Azərbaycanın aidiyyəti qurumları ilə müzakirələrin keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

Görüş zamanı həmçinin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları, İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi məsələləri müzakirə olunub.