HADİSƏ

İzmirdə yeni zəlzələ oldu

Bir neçə dəqiqədən sonra eyni bögədə yenidən yeraltı təkanlar hiss edilib. Zəlzələ şəhərin Karaburun rayonunda qeydə alınıb.
Sputnik

BAKI, 1 fevral — Sputnik. Bu gün Bakı vaxtı ilə səhər saat 08:45-də Türkiyənin İzmir şəhərində zəlzələ baş verib. Sputnik Azərbaycan NTV kanalına istinadla xəbər verir ki, yeraltı təkanlar İzmirin Karaburun rayonunda 5,1 bal gücündə qeydə alınıb. AFAD-dan zəlzələnin yerin 20,69 kilometr dərinliyində baş verdiyi bildirilib.

Saat 08:03-də eyni bögədə yenidən yeraltı təkanlar hiss edilib. İkinci zəlzələnin dərinliyi 7 kilometr, gücü 4,1 bal olub.

Tələfat barədə məlumat verilmir.