CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı artırılır

Azərbaycan ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin siyahısı artırılır
Sputnik

BAKI, 1 fevral — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikası ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları"nda dəyişiklik edilməsi məsələsinə baxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliklə Azərbaycan ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin siyahısı artırılır. Qanun layihəsinə əsasən, 53 yeni narkotik vasitə və 27 psixotrop maddə həmin siyahıya əlavə edilib.

Dəyişiklik səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.