BAKI, 1 fevral — Sputnik. "Bu gün uzun zaman sonra məktəbin yenidən canlandığı gündür. Yəqin ki, bu gün hər yerdə sinif yoldaşlarını, müəllimini görmək üçün məktəbə tələsən şagirdlərə rastlamısınız". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında yazıb. "Ümid edək ki, COVID-19-la bağlı ölkə ərazisindəki vəziyyət getdikcə yaxşılaşacaq və bütün siniflər üzrə şagirdlər, həmçinin tələbələr yenidən sinfə, auditoriyaya qayıda biləcəklər. Hamıya uğurlar arzulayıram!"
Qeyd edək ki, bu gündən ümumtəhsil məktəblərinin I və IV sinifləri ənənəvi təhsilə başlayıblar.