CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Aksizli malların siyahısı genişləndirilir

Vergi Məcəlləsinə dəyişiklik parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb və ilk oxunuşdan qəbul olunub.
Sputnik

BAKI, 1 fevral — Sputnik. Azərbaycanda aksizli malların siyahısının genişləndirilməsi təklif edilir.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Aksizli malların siyahısına aşağıdakılar daxil edilir:

- Qəlyan üçün tütünlər və istehsal məqsədli tütünlər istisna olmaqla, digər çəkməli tütünlər, "homogenləşdirilmiş" və ya "bərpa edilmiş" tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər;

- Qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları.

Dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.