QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Rusiya sülhməramlıları Xocalı ərazisində daha bir şəhərcik saldı

Bu artıq Rusiyanın sülhməramlı kontingenti üçün salınan dördüncü belə şəhərcikdir. Bu cür şəhərciklər ehtiyac duyulan hər şeylə təchiz edilmiş tamhüquqlu muxtar obyektlərdir.
Sputnik

BAKI, 1 fevral — Sputnik. Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin yerləşmə şəraitinin yaxşılaşdırılması məqsədilə Rusiya Müdafiə Nazirliyinin maddi-texniki təminat mütəxəssisləri tərəfindən növbəti dəfə Xaçmaç kəndində (Xocalı rayonunun Qızıloba inzibati ərazi vahidində kənd) növbəti 60 yerlik blok-modul şəhərcik salınıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Qeyd edək ki, bu artıq Rusiya sülhməramlı kontingenti üçün salından dördüncü belə şəhərcikdir. Bu cür şəhərciklər ehtiyac duyulan hər şeylə təchiz edilmiş tamhüquqlu muxtar obyektlərdir. Ayrıca elektrik, su təchizatı, isitmə sistemi var. Hərbçilər üçün şəhərcikdə çarpayılar, qarderoblar, mətbəx mebeli, masalar, stullar, duş, tibb məntəqəsi, uniforma təmizləyici otaq, istirahət otağı, dəftərxana, anbar, yeməkxana və ərzaq anbarı var.