Roma Papası yeni əlamətdar gün təyin elədi

Papa deyib ki, yeni əlamətdar gün artıq bu ildən başlayaraq hər il iyulun dördüncü bazar günü qeyd olunacaq.
Sputnik

BAKI, 1 fevral - Sputnik. Roma Papası I Fransisk Beynəlxalq Babalar və Nənələr Gününü təsis edib. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Vatican News yazır.

"Babalar və nənələri tez-tez yaddan çıxarırlar. Ona görə də bu zənginliyimizi unutmayaq, kökümüzü qoruyaq və nəsildən-nəslə ötürək", - Roma Papası deyib.

Yeni əlamətdar gün artıq bu ildən başlayaraq hər il iyulun dördüncü bazar günü qeyd olunacaq. Həmin günün seçilməsini isə Roma Papası İsa Məsihin babası və nənəsi olan Müqəddəs Yoaximlə Annanın anım günlərinə yaxın olması ilə əsaslandırıb.