CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclisin İntizam komissiyasının tərkibi müəyyənləşib

"Milli Məclisin İntizam komissiyasının yenidən təşkil edilməsi haqqında" qanun layihəsi Milli Məclisin iclasında müzakirəyə çıxarılıb.
Sputnik

BAKI, 1 fevral — Sputnik. Milli Məclisin İntizam komissiyasının yeni tərkibi müəyyənləşib.

Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının yenidən təşkil edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihə müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib. Bununla da Milli Məclisin İntizam komissiyasının yeni tərkibi müəyyənləşib.

Komissiyaya deputatlar Fəzail Ağamalı, Nurlan Həsənov, Afət Həsənova, Məlahət İbrahimqızı, Eldar İbrahimov, Nəsib Məhəməliyev, Hikmət Məmmədov, Məşhur Məmmədov, Səttar Möhbalıyev, Madər Musayev, Nizami Səfərov daxildir.