HADİSƏ

Məşhur müğənni bədbəxt hadisənin qurbanı olub

O, sintez olunmuş hiperkinetik əsərləri - "Bipp" (2013) və "Limonad" (2014) sayəsində tanınıb. Müğənninin 2018-ci ildə işıq üzü görmüş "Oil of Every Pearl"s Un-Insides" solo albomu isə "Qremmi" mükafatına namizəd olub.
Sputnik

BAKI, 1 fevral — Sputnik. Britaniyalı müğənni Sofi Kseon Yunanıstanda vəfat edib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, 35 yaşlı ifaçının bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Belə ki, Sofi bədirlənmiş aya baxmaq üçün pilləkənlərlə yuxarı çıxmaq istəyib. Bu zaman müğənni sürüşərək yıxılıb və yerindəcə ölüb.

Qeyd edək ki, Sofi Kseon 1986-cı ildə Şotlandiyada doğulub. O, sintez olunmuş hiperkinetik əsərləri - "Bipp" (2013) və "Limonad" (2014) sayəsində tanınıb.

Müğənninin 2018-ci ildə işıq üzü görmüş "Oil of Every Pearl"s Un-Insides" solo albomu isə "Qremmi" mükafatına namizəd olub.

https://vesti.ua/lite/showbiz/izvestnaya-shotlandskaya-pevitsa-transgender-upala-s-gory-i-umerla