SƏHİYYƏ

Ermənistanda koronavirusdan ölənlərin sayı artdı

Xəstəlikdən sağalanların sayı 157800 nəfər olub. Hazırda bu ölkədə 5435 nəfər xəstəxanada müalicə alır.
Sputnik

BAKI, 1 fevral — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 167088-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, bir gündə bu virusa yoluxanların sayı daha 62 nəfər artıb.

Ermənistanda son gündə daha 4 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 3084-ə çatıb. Xəstəlikdən sağalanların sayı 157800 nəfər olub. Hazırda bu ölkədə 5435 nəfər xəstəxanada müalicə alır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 102 milyonu keçib, 2,22 milyondan çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.