CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rüstəmxanlı: "Tarif Şurasını Milli Məclisə dəvət etməliyik"

Deputat Milli Məclisdə Tarif Şurasının son qiymət artımları ilə bağlı dinləmələrin keçirilməsini təklif edib.
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 1 fevral — Sputnik. Deputat Sabir Rüstəmxanlı suyun qiymətinin qalxmasına münasibət bildirib.

Sputnik Azərbaycan xəbər verir ki, deputat deyib: "Tarif Şurası benzinin qiymətini qaldırıb, dünən isə suyun qiyməti 2 dəfə artırılıb. Biz yaz sessiyasında Tarif Şurasını Milli Məclisə dəvət etməliyik. Hansı əsaslarla bu qərarların verildiyi bizə bildirilməlidir. Bununla bağlı dinləmələr keçirməliyik".

Xatırladaq ki, Tarif (qiymət) Şurasının növbəti iclasında "Azərsu" ASC-nin müraciəti müzakirə olunub və bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq olunub.

Qərar 2021-ci il fevralın 1-dən qüvvəyə minib.