Gözəl olduğuna görə kafedə işləməyə məcburdur - VİDEO

"Miss Qazaxıstan" yarışının iştirakçısı xarici görünüşünə görə iş tapa bilmir. O, şəhər kafelərinin birində aşpaz köməkçisi və qabyuyan işləməyə məcburdur
Sputnik

BAKI, 31 yanvar- Sputnik. "Miss Qızılorda-2017" və "Miss Qazaxıstan" yarışının iştirakçısı Gülnur Nurtaza şəhər kafelərindən birində işə düzəlib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə yerli "365info" portalı yazır. Qeyd olunur ki, Qızılorda şəhərinin kafelərindən birində çəkilmiş videoda Gülnurun sarımsaq təmizlədiyi və boşqabları yuduğu əks olunub.

Gülnur gözəllik müsabiqələrinin iştirakçısı olduğunu təkzib etmir. 

Qızın tanışları bildiriblər ki, o hazırda çətin vəziyyətdədir, 19 yaşlı Gülnur iki il əvvəl atasını, iki ay öncə isə anasını itirdiyindən özü-özünü təmin etməli olub. 

Portalın xəbərində deyilir ki, Gülnur xarici görünüşünə görə iş tapa bilmir: rəhbər qadınlar onu ərlərinə qısqanır, kişilər isə əxlaqsız təkliflər edirlər.