İQTİSADİYYAT

"Azərsu"dan abonentlərə xəbərdarlıq: 10 manatdan artıq yükləsəniz...

“Azərsu” Tarif Şurasının qərarından sonra abonentlərə müraciət edib. Bildirilib ki, hazırda smart kartlara 10 manat yükləmə etmək mümkündür
Sputnik

BAKI, 31 yanvar - Sputnik. “Tarif Şurasının məlum qərarı ilə əlaqədar hazırda smart kartlara 10 manat yükləmə etmək mümkündür”.

Sputnik Azərbaycan bildirir ki, bu barədə "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib: "Hörmətli smart kart tipli sayğaclardan istifadə edən abonentlər! Tarif Şurasının məlum qərarı ilə əlaqədar hazırda smart kartlara 10 manat yükləmə etmək mümkündür. Bundan artıq ödənişlər depozit kimi abonentin hesabına köçür. Abonentlər sonradan yerli sukanal idarələrinə və ASAN Kommunal və ASAN Xidmət mərkəzlərinə müraciət etməklə həmin vəsaiti yeni tariflərlə kartlarına bərpa edə biləcəklər”.

Qeyd edək ki, Tarif Şurasının bu gün keçirilən iclasında "Azərsu"nun təklifi nəzərə alınaraq suyun qiyməti iki dəfə artırılıb