CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlı xanımın kitabı Rusiyada 18+ işarəsi ilə dərc olunacaq

"Salsa, iy və Qrinviç üzrə sıfır", "Əncir ağacının altında yatma" kitablarının ardınca Şirin Şəfiyeva Rusiyada üçüncü kitabını buraxacaq
Sputnik

BAKI, 31 yanvar - Sputnik, Kəmalə Əliyeva. Azərbaycanlı yazıçı Şirin Şəfiyevanın üçüncü, "Ocimum Basilicum yuxuları" adlı kitabını Rusiyanın "Eksmo" nəşriyyatı 18+ yaş məhdudiyyəti ilə dərc edəcək. 

Sputnik Azərbaycan-a müəllifin özünün verdiyi məlumata görə, ktabın adında reyhan bitkisinin elmi adından istifadə olunub. 

Azərbaycanlı aktyor taxt-tac oyunlarının yeni versiyasında - VİDEO

Kitabın süjeti dəfinə axtarışı üzərində qurulub. Əsərin cəmi iki baş qəhrəmanı var, onlar bir-birlərini axtarsalar da, ancaq yuxuda görüşə bilirlər.

"Qəhrəmanlar yuxuda Azərbaycanın Qobustan, Beşbarmaq, Atəşgah kimi sakral məkanlarına birlikdə səyahət edirlər. Maddi cəhətdən sıxıntı çəkən oğlana bu yerlər darıxdırıcı görünür, Reyhan isə onları əsl möcüzə sayır. Kitabda həmçinin digər otlar və onların istifadə qaydalarından danışılır", - Şəfiyeva qeyd edib.

Romanda Azərbaycan mətbəxinin bəzi nümunələrinin hazırlanma qaydasından da bəhs olunur. 

Xatırladaq ki, 2020-ci ildə "Eksmo" nəşriyyatı Moskvada Şəfiyevanın "Salsa, iy və Qrinviç üzrə sıfır" və "Əncir ağacının altında yatma" kitablarını dərc etmişdi.