MƏDƏNİYYƏT

Azərbaycanlı müğənninin sevgilisi aktrisanı klubda döyüb - FOTO

"Mobilnıye blondinki" qrupunun keçmiş solisti, aktrisa və model Svetlana Stepankovskaya Bəkirovun sevgilisi tərəfindən döyüldüyünü iddia edir
Sputnik

BAKI, 31 yanvar - Sputnik. Rusiyada populyar olan HammAli & Navai qrupunun solisti Nəvai Bəkirovun sevgilisinin Moskva klubunda dava etdiyi barədə məlumat yayılıb. 

Sputnik Azərbaycan-ın məlumatına görə, "Mobilnıye blondinki" qrupunun keçmiş solisti, aktrisa və model Svetlana Stepankovskaya Bəkirovun sevgilisi tərəfindən döyüldüyünü iddia edir. 

Hadisə paytaxtın Roçdelskaya küçəsindəki Secret Room klubunda baş verib.

"Bəkirovun sevgilisi Stepanovskayanı döyüb. Davanın səbəbini polislər araşdırırlar", - hüquq-mühafizə orqanlarındakı mənbə bildirib. 

Xəsarət alan model Instagram-da şəklini paylaşaraq hadisəni danışıb. Stepankovskayanın sözlərinə görə, klubda onu heç kim müdafiə etməyib, mühafizə isə "hücum edəni sakitləşdirmək əvəzinə" aktrisanı küçəyə çıxarıb.  

"Özüm polisə getdim, döyülməyimi özüm çəkdim. Klubun vecinə də deyil. Belə olmaz. Müştərilərə, ümumiyyətlə insanlara belə münasibət göstərməzlər", - model yazıb. 

Döyülmə faktı ilə bağlı araşdırma aparılır.