Ötən gecə Ağdam sakinləri və İkinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olanların döyüş yoldaşları Şəhidlər Xiyabanına toplaşıblar.
Ağdamın Şəhidlər Xiyabanında uyuyan kəşfiyyatçı mayor Novruz Əsgərov, Müşfiq Abbasov, Elmir Əliyev, Xalid Hassan, Sərvan Göyüşov, Orxan Mönsümzadə, Emil Qurbanov, Qəşəm İbrahimov, Məqsəd Həsənov, Samir Fərzəliyev, Toğrul Murtuzayev, Mirrəhim ismayılov və digər minlərlə şəhidlərimizin ruhuna dərin hörmət və ehtiram əlaməti olaraq, ziyarətə gələnlər dilək şarlarını göyə uçurublar.
Bu anları fotojurnalist Famil Mahmudbəyli lentə alıb. Sputnik Azərbaycan "Şəhid ruhlarına doğru uçan şarlar" fotolentini təqdim edir.