Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 30 yanvar - Sputnik. Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən (MAXE) hərbi qulluqçusu, 1992-ci il təvəllüdlü Tural Saləddin oğlu İsayevin Vətən müharibəsində şəhid olduğu müəyyən edilib.
Müharibənin ilk günlərindən barəsində heç bir məlumat olmayan, itkin düşdüyü ehtimal edilən Tural İsayevin şəhid olması artıq təsdiqini tapıb.
Yüz iyirmi gün sonra gələn qara xəbər: İtkin hərbçi şəhid olub
© Sputnik / Leyla Abdullayeva
Mərhum hərbçinin nəşi sabah doğulduğu Siyəzən rayonunun Yenikənd kəndinə gətiriləcək və torpağa tapşırılacaq.
Tural İsayevlə əlaqə sentyabr ayının 27-də kəsilib və 4 aydır ailəsi ondan heç bir xəbər ala bilməyib.
Tural ailənin yeganə oğlan övladı olub. Atasını çoxdan itirən şəhidin bacısı ailəlidir, anası isə bundan sonra tək yaşamalı olacaq.