BAKI, 30 yanvar — Sputnik. Rusiyada son sutka ərzində daha 19 032 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadla xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların 3 832 080 nəfərə çatıb.
Son sutka ərzində 512 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 72 697 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Braziliyadan sonra dördüncü yerdə gəlir.