MƏDƏNİYYƏT

On doqquz dəqiqəlik filmlə qəlbləri fəth etdilər - VİDEO

Aktyor, bloger Əlixan Rəcəbovun YouTube səhifəsində təxminən 13 saat əvvəl paylaşdığı "Luger" qısametrajlı filminə 128 min baxış olub
Sputnik

BAKI, 29 yanvar - Sputnik. Azərbaycanın internet istifadəçiləri bir neçə saatdır, qısametrajlı "Luger" filmini müzakirə edirlər. 

Sputnik Azərbaycan bildirir ki, aktyor, bloger Əlixan Rəcəbovun YouTube səhifəsində təxminən 13 saat əvvəl paylaşdığı qısametrajlı filmə 128 min baxış olub.

Təxminən 19 dəqiqə davam edən filmdə rolları Əlixan Rəcəbov, Taleh Yüzbəyov, Azər Aydəmir, Hikmət Rəhimov ifa ediblər.

Sosial problemlərin ustalıqla canlandırıldığı film geniş müzakirələrə səbəb olub, izləyicilər onu yüksək qiymətləndirərək davamını səbirsizliklə gözlədiklərini bildiriblər.