CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təhsil nazirinin keçmiş müavininə general rütbəsi verildi

Prezidentin sərəncamı ilə general-mayor rütbəsi alan Qulu Novruzov 2013-cü ilədək Azərbaycan Respublikası Təhsil nazirinin müavini olub.
Sputnik

BAKI, 30 yanvar — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncamla aşağıdakı əməkdaşlara gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib:

Xəlilov Təmkin Həsən oğlu – Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi

Mehdiyev Telman Hüseynqulu oğlu – Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi

Novruzov Qulu Novruz oğlu – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi.

Prezidentin sərəncamı ilə general-mayor rütbəsi alan Qulu Novruzov 2013-cü ilədək Azərbaycan Respublikası Təhsil nazirinin müavini olub.