CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

BNA daha bir marşrut xətti ilə bağlı dəyişiklik etdi

"Dəyişiklik sayəsində gün ərzində 217 nömrəli marşrut xəttindən istifadə edən 10 minə yaxın sərnişinin rahat və təhlükəsiz daşınması mümkün olacaq"
Sputnik

BAKI, 30 yanvar - Sputnik. "Dövlət başçısının tapşırığına əsasən Bakıətrafı kənd və qəsəbələr üzrə sərnişindaşımaların keyfiyyətinin artırılması istiqamətində işlər davam etdirilir". Bu barədə Bakı Nəqliyyat Agentliyinin məlumatında deyilir.

Məlumatda bildirilir: "Bu çərçivədə “Koroğlu”NMM-Məhəmmədi kəndi istiqamətində hərəkət edən 217 nömrəli müntəzəm marşrut xəttiylə bağlı da dəyişiklik edilib. 01.02.2021-ci il tarixindən etibarən bu xətt üzrə sərnişindaşımaları “Azland-Plaza MMC”-yə həvalə edilib. Daşıyıcı tərəfindən xətt üzrə sərnişindaşımalarına iritutumlu “İsuzu-Citibus” markalı avtobuslar cəlb ediləcək.

Dəyişiklik sayəsində gün ərzində 217 nömrəli marşrut xəttindən istifadə edən 10 minə yaxın sərnişinin rahat və təhlükəsiz daşınması mümkün olacaq".