Azərbaycan ordusunun hərbi qulluqçusu vəfat edib

Üç bacının bir qardaşı olan Fətulla oktyabr ayında hərbi xidməti başa vurub ordu sıralarından tərxis edilməli imiş.  
Sputnik

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 30 yanvar - Sputnik. Azərbaycan ordusunun xidmətdə olan hərbi qulluqçusu Siracov Fətulla Qasım oğlu səhhətində yaranan problemlər səbəbindən dünyasını dəyişib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, Siracov ürək tutmasından vəfat edib. O, bu gün günorta saatlarında doğulduğu Şabran rayonunun Gəndov kəndində hərbi orkestrin müşayiəti ilə dəfn edilib. 

Üç bacının bir qardaşı olan Fətulla oktyabr ayında hərbi xidməti başa vurub ordu sıralarından tərxis edilməli imiş.  

Faktı Müdafiə Nazirliyi təsdiqləyib. 

Qeyd edək ki, F.Siracov "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilmişdi.