BAKI, 29 yanvar — Sputnik. "İmtahanlara gələn şəxslərdən vaksinasiya ilə bağlı pasport tələb olunmayacaq".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. Sədr qeyd edib ki, DİM pandemiya ilə əlaqədar tərtib olunan qaydalara əməl edir: "İmtahanda iştirak edən hər bir bakalavr, abituriyent bəyannamə imzalayır ki, xəstə deyil və xəstə şəxslə kontaktda olmayıb. Biz sadəcə təqdim olunan bəyannaməyə baxırıq".
"Hərarəti olanlar da imtahana buraxılmır", - deyə M.Abbaszadə bildirib.