İQTİSADİYYAT

Valyutaya və inflyasiyaya görə qorxmağa dəyməz - Rüstəmov əmin edir

Elman Rüstəmov bildirib ki, 2021-ci ildə Azərbaycanda inflyasiyanın 4 faiz diapozonunda formalaşacağı gözlənilir. O, "Azərbaycan Beynəlxalq Bankı"nın özəlləşdirilməsi məsələsinə də toxunub
Sputnik

BAKI, 29 yanvar — Sputnik. İlin əvvəlindən Azərbaycanın strateji valyuta ehtiyatları 0,3 faiz artaraq 51,4 milyard ABŞ dolları təşkil edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov yanvarın 29-da faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, 2021-ci ildə Azərbaycanda inflyasiyanın 4 faiz diapozonunda formalaşacağı gözlənilir.

E.Rüstəmov onu da əlavə edib ki, hökumətin "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin bu il özəlləşdirilməsi ilə bağlı hər hansı planı yoxdur.