İQTİSADİYYAT

Pomidor ixracda birinciliyi əldən verib

Qeyri-neft sektoru üzrə ixrac 2019-cu illə müqayisədə 102 milyon ABŞ dolları və yaxud 5,2 faiz azalıb.
Sputnik

BAKI, 29 yanvar — Sputnik. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın 2021-ci ilin yanvar sayı təqdim edilib.

Sputnik Azərbaycan xəbər verir ki, 2020-ci il ərzində Azərbaycanın ümumi ixracı 13,7 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə isə 1,9 milyard ABŞ dolları dəyərində olub. Qeyri-neft sektoru üzrə ixrac 2019-cu illə müqayisədə 102 milyon ABŞ dolları və ya 5,2 faiz azalıb.

2020-ci il ərzində Rusiyaya 691 milyon, Türkiyəyə 377.8 milyon, İsveçrəyə 224.8 milyon, Gürcüstana 127.6 milyon və Çinə 44.5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2020-ci il ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl (205.6 milyon ABŞ dolları) birinci, tomat (pomidor) (201.4 milyon ABŞ dolları) ikinci və pambıq mahlıcı (131.9 milyon ABŞ dolları) üçüncü olub.