İQTİSADİYYAT

Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı

Qeyd edək ki, faiz dəhlizinin parametrləri barədə növbəti qərar martın 19-da ictimaiyyətə açıqlanacaq.
Sputnik

BAKI, 29 yanvar — Sputnik. Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 6,25 faiz səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edib.

Sputnik Azərbaycan xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 5,75 faiz, faiz dəhlizinin yuxarı həddi isə 6,75 faiz səviyyəsində müəyyən edilib.

Bu qərar yanvarın 29-dan qüvvəyə minir.

Qeyd edək ki, faiz dəhlizinin parametrləri barədə növbəti qərar martın 19-da ictimaiyyətə açıqlanacaq.